20 dekabr saat 19:00-da İçərişəhərdə yerləşən "Art Tower" qalereyasında, "Art Store"un açılış mərasimi baş tutub. Tədbirə maraq böyük olub. Öncə "Art Store"un rəhbəri Fərhad Yunusov danışıb. "Ölkəmizdə yaradıcılıq qabiliyyəti olan və buna görə tanına biləcək insanlar çoxdur. Ölkədə uşaq yaradıcılıq mərkəzləri, müxtəlif dərnəklər və klubların, müxtəlif ali məktəblərdə təsviri incəsənət, dizayn sahələrində kadr hazırlığının, xüsusi Rəssamlıq kolleci və Rəssamlıq Akademiyasının mövcudluğu onların istedadının açılmasına, peşəkar sənət adamı kimi yetişməsinə imkan yaradır. Bu adamların əksəriyyəti yalnız ev, yaxud emalatxana şəraitində yaradıcılıq işi ilə məşğul olurlar. Nəticədə böyük istedada malik bu insanların işləri geniş məkanda tanınmır.
Başlanğıcdan bir neçə ay sonra müxtəlif səbəblər üzündənfəaliyətimizi dayandırsaq da, yenidən iş başına keçmək qərarına gəldik. Artıq daha böyük miqyaslarla, yeni ideyalarla.
Təşkil etdiyimiz ilk yarışmada 60 iştrakçı 180 əsər ilə qeydiyyatdan keçdi. Mənim fikrimcə bu çox gözəl nəticədir. Bütün iştirakçılarımıza minnətdarlığımızı bildiririk. Düzdü bu fakt seçim prosesini çox çətinləşdirdi, amma fəxrlə qeyd etmək istərdim ki, bu sayda yuksək profesionallıqla və zövqlə yaradılan əsərləri görməyə şad olduq. Gələn ildən isə artıq intensiv işləməyi düşünürük. Bir çox xeyriyyə tədbirləri, sərgilər və s. Sizi və bizi maraqlı tədbirlər gözləyir.Əsərlərinizi veb səifəmizdə də(artstore.az) paylaşmaqla son illər dünyada sürətlə populyarlıq qazanan elektron ticarətin imkanlarından yararlana bilərsiniz. Bir daha burda olan hərkəsi salamlayıram və bizə dəstək olduğunuz üçün təşəkkür edirəm."
Daha sonra Azərbaycan respublikası əməkdar rəssamı, fəlsəfə üzrə doktor və Rusiya Akademiyasının fəxri Akademiki Rəşad Mehdiyev öz çıxışında, yer tutmuş rəssamlarının nöqsanlarını başa salıb və onlara uğurlar arzulayıb.
Mall of the Emirates-də yerləşən Dubay Teatr Sənəti və Yaradıcılıq Mərkəzi (DUCTAC) il boyu tamaşalar, qalereya sərgiləri, rəqs nümayişləri və seminarlardan ibarət proqram təklif edir. 500 yerlik Centrepoint teatrı peşəkar və həvəskar tamaşalara ev sahibliyi edir, İşıq qalereyasında isə rəqəmsal incəsənət, eksperimental kinoşünaslıq, heykəltaraşlıq və dizayn sahəsində çalışan dünya şöhrətli incəsənət xadimləri öz işlərini nümayiş etdirirlər. İncəsənət öyrənməkdə maraqlısınız? Elə isə dulusçuluq, rəqs və ya yazıçılıq kurslarına yazıla bilərsiniz.
Burada 2013-cü il BƏƏ Venesiya biennalı baş tutmuş, həmçinin Məhəmməd Kazım, Həsən Şərif, Ebtisam Əbdüləziz, Uilyam Kentric və Sara əl-Həddad kimi rəssamların sərgiləri keçirilmişdir. Əgər incəsənət öyrənməkdə maraqlısınızsa, burada dulusçuluq, rəqs və ya yazıçılıq kurslarına yazıla bilərsiniz.
Keçid:
https://www.visitdubai.com/az/pois/dubai-community-theatre-and-arts-centre
Biz kimik?
artstore.az incəsənət adamlarının alıcılarla əlaqəsini təmin edən platformadır.
Kiminlə işləyirik?
Bütün incəsənət adamları (professional və həvəskar), qalereyalar və incəsənət sevərlərlə.
Biz necə işləyirik?
Incəsənət adamları:
artstore.az saytında qeydiyyatdan keçməklə, rəsm əsəri, heykəltəraşlıq, foto, dizayn, dekorativ-tətbiqi sənət, suvenir, aksesuar bölmələri üzrə təklif edilən əsərin yüksək keyfiyyətli fotosu, müəllif və əsər haqqında məlumat yüklənir.
Əsərin satışından 25% komissiya tutulur.
Komissiyanın 5%-i xeyriyyəçiliyə sərf edilir.
Alıcılar:
Bəyəndiyiniz əsəri onlayn formada sifariş edirsiniz, əməkdaşımız Sizinlə əlaqə saxladıqdan və sifariş təsdiq edildikdən sonra ödəniş və çatdırılma həyata keçirilir.
Biz nə təklif edirik?
Sizin şəxsi və ya korporativ kolleksiyanızın yaradılması üçün əsərlərin seçilməsi üzrə professional məsləhətlər;
Mənzil və ofislərin dizaynının hazırlanması və interyerinə uyğun sənət əsərlərinin seçilməsi və quraşdırılması;
Müəllif işi olan əsərlərin (rəngkarlıq, qrafika, miniatür, portret, heykəltəraşlıq, xalçaçılıq, xalça üzərində portret və s.) və ya məşhur əsərin reproduksiyasının sifarişi.
Siz həmçinin, əldə etdiyiniz əsəsrlərin ofis və mənzilinizin dizaynına uyğun çərçivəyə salınmasını sifariş edə bilərsiniz.