Haqqımızda

Biz kimik?
artstore.az incəsənət adamlarının alıcılarla əlaqəsini təmin edən platformadır.
 
Kiminlə işləyirik?
Bütün incəsənət adamları (professional və həvəskar), qalereyalar və incəsənət sevərlərlə.
 
Biz necə işləyirik?
Incəsənət adamları:
artstore.az saytında qeydiyyatdan keçməklə, rəsm əsəri, heykəltəraşlıq, foto, dizayn, dekorativ-tətbiqi sənət, suvenir, aksesuar bölmələri üzrə təklif edilən əsərin yüksək keyfiyyətli fotosu, müəllif və əsər haqqında məlumat yüklənir. 
Əsərin satışından 25% komissiya tutulur. 
Komissiyanın 5%-i xeyriyyəçiliyə sərf edilir.
 
Alıcılar:
Bəyəndiyiniz əsəri onlayn formada sifariş edirsiniz, əməkdaşımız Sizinlə əlaqə saxladıqdan və sifariş təsdiq edildikdən sonra ödəniş və çatdırılma həyata keçirilir.
 
Biz nə təklif edirik?
Sizin şəxsi və ya korporativ kolleksiyanızın yaradılması üçün əsərlərin seçilməsi üzrə professional məsləhətlər;
Mənzil və ofislərin dizaynının hazırlanması və interyerinə uyğun sənət əsərlərinin seçilməsi və quraşdırılması;
Müəllif işi olan əsərlərin (rəngkarlıq, qrafika, miniatür, portret, heykəltəraşlıq, xalçaçılıq, xalça üzərində portret və s.) və ya  məşhur əsərin reproduksiyasının sifarişi.
Siz həmçinin, əldə etdiyiniz əsəsrlərin ofis və mənzilinizin dizaynına uyğun çərçivəyə salınmasını sifariş edə bilərsiniz.